Pekin Trampın hədəsinə cavab verib | VİDEO

   Pekin Trampın hədəsinə cavab verib    | VİDEO
  07 İyul 2025    Oxunub:1309
BRİKS inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlıq üçün mühüm platformadır. Bu birlik blokların qarşıdurmasında iştirak etmir və heç bir dövlətə qarşı yönəlməyib.
AzVision.az Rusiya mediasına istinadən xəbər verir ki, Çinin rəsmi nümayəndəsi Mao Nin keçirdiyi brifinqdə belə deyib.

“Çin öz mövqeyini dəfələrlə açıqlayıb. Pekin ticarət və tarif müharibələrinin qalibi olmadığı və proteksionizmin çıxılmaz nöqtə olduğu qənaətindədir”, - Vaşinqtonun iqtisadi rüsumlar iddiaları ilə bağlı bəyanatların şərh edən Mao Nin vurğulayıb.

Tramp BRİKS-i dəstəkləyən ölkələri hədələyib | VİDEO
Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində Vaşinqton BRİKS siyasətini dəstəkləyən ölkələrə qarşı Vaşinqtonun 10%-lik əlavə ticarət tarifləri tətbiq edəcəyini yazmışdı.

BRİKS sammiti iyulun 6-7-də Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilir. Maraqlıdır ki, sammitdə Rusiya prezidenti Vladimir Putin və Çinin sədri Si Cinpin birbaşa iştirak etmirlər.


Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Çin   ABŞ   BRİKS  



Xəbər lenti